Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın millət vəkilləri oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, deputatlar Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev Azərbaycan Parlamentinin müşahidəçiləri qismində, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və Mirkazım Kazımov GUAM PA-nın xətti ilə, Azay Quliyev isə ATƏT PA-nın xətti ilə seçkiləri müşahidə edəcəklər.
Deputatlarımız əvvəlcə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü isə ölkənin paytaxtındakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.