...

İrina Bokova: III Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq humanitar gündəliyin razılaşdırılmasında platformaya çevrilir

Siyasət Materials 31 Oktyabr 2013 13:22 (UTC +04:00)
III Bakı Beynəlxalq Humanitar Forumu mövcud məsələlərin öyrənilməsi və qlobal humanitar gündəlik çərçivəsində fəaliyyətlərin səfərbər edilməsi üçün yaxşı məkana çevrilib. Trend-in məlumatına görə, bu barədə YUNESKO-nun Baş direktoru İrina Bokovanın Forum iştirakçılarına ünvanladığı videomüraciətdə deyilir.
İrina Bokova: III Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq humanitar gündəliyin razılaşdırılmasında platformaya çevrilir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir S. Əliyev/

III Bakı Beynəlxalq Humanitar Forumu mövcud məsələlərin öyrənilməsi və qlobal humanitar gündəlik çərçivəsində fəaliyyətlərin səfərbər edilməsi üçün yaxşı məkana çevrilib. Trend-in məlumatına görə, bu barədə YUNESKO-nun Baş direktoru İrina Bokovanın Forum iştirakçılarına ünvanladığı videomüraciətdə deyilir.

İ.Bokova deyib ki, üçüncü forumun mövzuları olan davamlı inkişaf, elm və texnologiyalar, təhsil və multikulturalizm YUNESKO-nun işinin özəyini təşkil edir: "Bu mövzülar davamlı sülhün və sabit inkişafın təməllərinin möhkəmləndirilməsinə istiqamətlənib".

YUNESKO-nun Baş direktoru əlavə edib ki, bu, kompleks məsələlərdir, lakin onlar birlikdə bəşəriyyətin inkişafı üçün vahid qlobal gündəyin bir hissəsidir.

İ. Bokovanın sözlərinə görə, biliklərin mübadiləsi elmi innovasiyalara gedən yoldur ki, bu da cəmiyyətin üzləşdiyi problemlərin həllinin tapılmasına gətirib çıxarır.

İ. Bokova deyib: " YUNESKO üçün bu, insan haqlarını və hamı üçün ləyaqət hissini inkişaf etdirməyə hesablanmış vahid humanitar gündəliyin ölçülməsində bərabər addımlardır".
Xanım Bokova Forumun keçirilməsi təşəbbüsünə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Qeyd edək ki, oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Forumun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti