...

Vyetnam Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirdi

Siyasət Materials 31 Oktyabr 2013 14:55 (UTC +04:00)
Vyetnam aeroportlarında Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi həyata keçirilə biləcək.
Vyetnam Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirdi

Azərbaycan, Bakı, 31 oktyabr / Trend, müxbir S.Əhmədova /

Vyetnam aeroportlarında Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi həyata keçirilə biləcək.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vyetnam Sosialist Respublikasının Azərbaycanda Səfirliyinin olmadığından Vyetnama səfər etmək istəyən Azərbaycan vətəndaşları viza almaqda çətinliklə üzləşirdilər.

Məsələ ilə bağlı Azərbaycanın Vyetnamdakı Səfirliyi Vyetnam Xarici İşlər Nazirliyində keçirdiyi görüşlər zamanı Azərbaycan vətəndaşlarının Vyetnama viza alması prosedurlarının sadələşdirilməsi məsələsini qaldırıb.

Aparılan məsləhətləşmələr nəticəsində Azərbaycan vətəndaşlarına viza verilməsi qaydaları sadələşdirilib.

Bunun üçün Vyetnam turizm şirkətləri tərəfindən müvafiq səyahət sənədlərinin təqdim olunması kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti