...

Şuşa şəhəri ilə qardaşlaşmış Macarıstanın Döndöş şəhərinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Siyasət Materials 1 Noyabr 2013 16:07 (UTC +04:00)
Azərbaycanın erməni işğalı altındakı Şuşa şəhəri ilə qardaşlaşmış Macarıstanın Döndöş şəhərinin nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Şuşa şəhəri ilə qardaşlaşmış Macarıstanın Döndöş şəhərinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın erməni işğalı altındakı Şuşa şəhəri ilə qardaşlaşmış Macarıstanın Döndöş şəhərinin nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, şəhərin meri Laslo Faraqonun rəhbərlik etdiyi heyətin tərkibinə yerli biznes nümayəndələri, mədəniyyət xadimləri və jurnalistlər daxildir. Beşünlük səfər müddətində onlar Şuşa Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və əslən Şuşadan olan tanınmış şəxslərlə görüşəcək, Azərbaycanın müxtəlif guşələrinə səpələnmiş Şuşa qaçqınlarının həyatı və yaşayışı ilə tanış olacaqlar.

Qeyd edək ki, bu il mayın 9-da Şuşa ilə qardaşlaşma sazişi imzaladıqdan sonra Döndöş şəhərinin rəhbərliyi Macarıstandakı erməni icmasının güclü təzyiqi ilə üzləşmişdi.

Hazırda Döndöş şəhər muzeyində daimi fəaliyyət göstərəcək Şuşa ekspozisiyasının yaradılması üzərində iş gedir. Eyni zamanda, Şuşa qaçqınlarının Döndöş Aqrar Universitetində təhsil alma imkanları da nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti