...

Azərbaycan müdafiə nazirinin cəbhə bölgəsinə səfəri davam edir (FOTO)

Siyasət Materials 8 Noyabr 2013 16:46 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsinə səfəri davam edir.
Azərbaycan müdafiə nazirinin cəbhə bölgəsinə səfəri davam edir (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsinə səfəri davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.

Səfər çərçivəsində şəxsi heyətlə görüşlər və hərbi hissələrlə tanışlıq davam edir.

Zabit heyəti ilə keçirilən müşavirə və görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib.

Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkən müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi yerlərdə mövcud vəziyyətlə tanış olub, təmas xəttində döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüblər.

Müdafiə naziri general-polkovnik Z.Həsənov bir qrup hərbçiyə növbəti rütbələr verib, medal və qiymətli hədiyyələr təqdim olunmuş hərbi qulluqçularla xatirə şəkli çəkdirib.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti