...

Fuad Muradov: Türkiyə ilə Azərbaycan arasında çox güclü strateji əməkdaşlıq var

Siyasət Materials 14 Noyabr 2013 17:39 (UTC +04:00)
Türkiyənin ən ali ordeninin cənab Prezident İlham Əliyevə təqdim olunması, həmçinin Azərbaycanın "Heydər Əliyev" ordeninin Türkiyə Prezidenti Abdullah Gülə təqdim olunması əslində yalnız orden deyil, eyni zamanda, Azərbaycan-Türkiyə strateji əməkdaşlığının nəticəsi idi. Bu barədə Trend-ə millət vəkili Fuad Muradov deyib.
Fuad Muradov: Türkiyə ilə Azərbaycan arasında çox güclü strateji əməkdaşlıq var

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Mehdiyev/

Türkiyənin ən ali ordeninin cənab Prezident İlham Əliyevə təqdim olunması, həmçinin Azərbaycanın "Heydər Əliyev" ordeninin Türkiyə Prezidenti Abdullah Gülə təqdim olunması əslində yalnız orden deyil, eyni zamanda, Azərbaycan-Türkiyə strateji əməkdaşlığının nəticəsi idi. Bu barədə Trend-ə millət vəkili Fuad Muradov deyib.

O, qeyd edib ki, son illər ərzində elə bir regional layihə yoxdur ki, Azərbaycan ilə Türkiyə həmin layihədə birgə iştirak etməsin:

"İki ölkə arasında istər enerji, istər siyasi, istər iqtisadi layihələr, istərsə də hərbi əməkdaşlıq çox yüksək səviyyədə həyata keçirilir. Mən düşünürəm ki, bu, Prezident İlham Əliyevin siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan və Türkiyə xalqlarını eyni köklər bağlayır. Bizim bir-birimizə yanaşmamız ona görə belə yüksək səviyyədədir ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev hər zaman Türkiyə-Azərbaycan münasibətlərini yüksək xətt üzrə inkişaf etdiriblər".

F.Muradov bildirib ki, burada təkcə mədəni, mənəvi bağlantılar deyil, eyni zamanda, çox güclü strateji əməkdaşlıq var: "Azərbaycanın ilk böyük layihəsi olan Bakı-Tbilisi-Ceyhan layihəsində də Türkiyə əsas partnyor kimi iştirak edib. Biz çalışmalıyıq ki, Avropa İttifaqı, BMT və digər beynəlxalıq təşkilatlar çərçivəsində də əməkdaşlığımız daha yüksək səviyyədə olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti