...

Azərbaycanla Türkiyənin hərbi əlaqələri müzakirə edilib

Siyasət Materials 15 Noyabr 2013 13:16 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqunu qəbul edib.
Azərbaycanla Türkiyənin hərbi əlaqələri müzakirə edilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqunu qəbul edib.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Z.Həsənov görüşdə bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcək. Nazir qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub.

Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətləri diqqətə çatdıran müdafiə naziri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinin region üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti