...

Avropa İttifaqının Azərbaycandakı ofisində İspaniyanın nümayəndəliyi açılır

Siyasət Materials 19 Noyabr 2013 15:23 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Azərbaycandakı ofisində İspaniyanın nümayəndəliyinin açılmasına dair qərar qəbul edilib.
Avropa İttifaqının Azərbaycandakı ofisində İspaniyanın nümayəndəliyi açılır

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir S.Əhmədova/

Avropa İttifaqının (Aİ) Azərbaycandakı ofisində İspaniyanın nümayəndəliyinin açılmasına dair qərar qəbul edilib.

Trend-in Azərbaycanın İspaniya Krallığındakı səfirliyinə istinadən verdiyi məlumata görə, İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonsalo de Benito ilə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Pyer Vimon arasında Aİ-nın Azərbaycandakı ofisində İspaniyanın nümayəndəliyinin açılmasına dair anlaşma memorandumu imzalanıb.

Məlumatda qeyd olunur ki, oxşar sənəd ilk dəfə 2012-ci ilin dekabr ayında Aİ-nin Yəməndəki ofisi üçün imzalanıb və müsbət təcrübəyə çevrilib. İkinci sənəd olan Azərbaycandan sonra Birma və Özbəkistan üçün analoji sənədlərin imzalanması nəzərdə tutulub.

Əsas məqsəd Aİ ofislərinin infrastrukturundan istifadə edib nümayəndəlik xərclərinin azaldılması və resursların optimizasiyasıdır. İspaniyanın XİN-in qənaətincə, bu addım həmçinin müstəqillikdən sonra ilk dəfə Bakıda İspaniyanın diplomatik ofisinin açılmasına imkan verir və bu da gələcəkdə Azərbaycan ilə İspaniya arasında mövcud olan yüksək ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti