...

Sergey Lavrov: Xəzərdə bu regiona daxil olmayan dövlətin hərbi iştirakı yolverilməzdir

Siyasət Materials 21 Noyabr 2013 11:06 (UTC +04:00)
Xəzərdə bu regiona daxil olmayan dövlətin hərbi iştirakı yolverilməzdir.
Sergey Lavrov: Xəzərdə bu regiona daxil olmayan dövlətin hərbi iştirakı yolverilməzdir

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Xəzərdə bu regiona daxil olmayan dövlətin hərbi iştirakı yolverilməzdir. Trend xəbər verir ki, İTAR-TASS-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə xüsusi işçi qrupunun 34-cü iclasının açılışında bildirib.

S.Lavrov deyib: "Müasir şəraitdə Xəzər regionunu sülh, dostluq və mehriban qonşuluq zonası kimi saxlamaq son dərəcə vacibdir. Rusiya bundan sonra da Xəzərin bütün prinsipial məsələlərinin yalnız "beşlik" [Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran] çərçivəsində həlli üzrə mövcud razılaşmalara tam riayət edəcək. "Beşlik" üzvləri dənizə və onun resurslarına münasibətdə istisnasız suveren hüquqlara malikdirlər".

Lavrov əlavə edib ki, bu tapşırıqların yerinə yetirilməsinə "Xəzərdən kifayət qədər uzaqda yerləşən ayrı-ayrı dövlətlərin və təşkilatların Xəzər dövlətlərinə öz maraqlarını, öz xətlərini sırımaq cəhdləri, həm də bizi bir-birimizlə toqquşdurmağa səy göstərmələri" kömək etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti