Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan 2014-cü ildə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə bəzi deputatların bu həcmin artırılmasına dair təkliflərinə baxmayaraq, bu il olduğu kimi 2,5 milyon manat vəsait ayıracaq.
Cümə günü Milli Məclis 2014-cü ilin dövlət büdcəsi layihəsini təsdiqləyib.
Trend-in məlumatına görə, parlamentin plenar iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifovun dediyinə görə, ötən il bu məqsədlər üçün ayrılan vəsaitlərin 10 faizi xərclənməyib.
Nazir bildirib ki, ona görə də bu gün maliyyənin artırılmasına zərurət yoxdur: "Bunu "Siyasi partiyalar haqqında" qanuna ayrılmış vəsaitlərdən tam istifadəyə imkan verən düzəliş etməklə həll etmək olar. Əgər həmin düzəlişlər edilərsə, biz gələcək layihələrdə ötən il istifadə olunmamış vəsaitləri nəzərə ala bilərik".
2012-ci ildə Milli Məclis "Siyasi partiyalar haqqında" qanuna siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə imkan verən əlavə və düzəlişlər etmişdi.