...

Ukrayna Vilnüs sammitində Rusiya və Aİ ilə məsləhətləşmələr məsələsini müzakirə etməyi planlaşdırır

Siyasət Materials 26 Noyabr 2013 17:36 (UTC +04:00)
Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib ki, ölkə Prezidenti Viktor Yanukoviç Vilnüs sammitində iştirak edərək Rusiya və Avropa İttifaqı ilə məsləhətləşmələr aparılması məsələsini müzakirə etmək niyyətindədir.
Ukrayna Vilnüs sammitində Rusiya və Aİ ilə məsləhətləşmələr məsələsini müzakirə etməyi planlaşdırır

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib ki, ölkə Prezidenti Viktor Yanukoviç Vilnüs sammitində iştirak edərək Rusiya və Avropa İttifaqı (Aİ) ilə məsləhətləşmələr aparılması məsələsini müzakirə etmək niyyətindədir. Trend-in məlumatına görə, bu RİA Novosti "Reuters" agentliyinə istinadən xəbər yayıb.

Ukraynanın Baş naziri bir qrup xarici jurnalistlə görüşündə bildirib ki, dekabr ayından etibarən rəsmi Kiyev Rusiya ilə münasibətlərin inkişafı üzrə "yol xəritəsi"ni tərtib etmək üçün danışıqlar masası arxasına əyləşəcək.

Qeyd edək ki, Ukrayna hökuməti ötən cümə axşamı Avropa İttifaqı ilə assosiasiyalar haqqında müqavilənin imzalanmasına hazırlığın dayandırılmasına dair sərəncam verib. Nazirlər Kabineti bunu Rusiya və MDB ilə iqtisadi əlaqələrin inkişafının zəruriliyi ilə əsaslandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti