...

Möhsün Pakayin iranlı diplomatın saxlanılması məsələsinə aydınlıq gətirib

Siyasət Materials 27 Noyabr 2013 11:11 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxsi Əhməd Əhmədzadə ilə bağlı yaranan problemin tezliklə həllinə yardımçı olduğu üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkür edib.
Möhsün Pakayin iranlı diplomatın saxlanılması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxsi Əhməd Əhmədzadə ilə bağlı yaranan problemin tezliklə həllinə yardımçı olduğu üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkür edib. Trend-in məlumatına görə, bunu səfir özü bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Pakayin hesab edir ki, Dövlət Miqrasiya Xidmətinin işçiləri Əhməd Əhmədzadənin xidməti pasportla və ya diplomat olduğu üçün onunla bağlı XİN-ə müraciət edilməsini bilməyiblər.

Səfirin sözlərinə görə, İranın Azərbaycan XİN-ə göndərdiyi nota Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının diplomata qarşı hərəkətlərinə görədir.

Qeyd edək ki, Ə.Əhmədzadə qeydiyyat müddətinin bitməsi səbəbindən noyabrın 19-da Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar və nazirliyin səyləri nəticəsində Ə.Əhmədzadə saxlanılandan təxminən 1 saat sonra azad edilib.

İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxsi Əhməd Əhmədzadə Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən noyabrın 21-də Bakıdan Tehrana qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti