Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Jilkini “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan, Bakı, 27 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Aleksandroviç Jilkinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Aleksandr Aleksandroviç Jilkin "Dostluq" ordeni ilə təltif edilsin.