...

Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 16 Dekabr 2013 17:55 (UTC +04:00)
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycana səfərə gəlib.
Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycana səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İ. Qaribaşvilini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti