Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə diplomatiyasının ASALA (Armenian Secret Army for the Liberation of Armenia - Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) erməni terror təşkilatından çox əziyyət çəkdiyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Doğan" agentliyi xəbər verib.
XİN rəhbəri onu da qeyd edib ki, ASALA-nın terror fəaliyyəti nəticəsində çoxlu sayda türk diplomat şəhid edilib.
ASALA-nı "şərəfsiz" adlandıran Davudoğlu qeyd edib ki, terror təşkilatının nə etməsindən asılı olmayaraq, türk diplomatiyası dünyanın hər yerində fəaliyyət göstərəcək.