...

Ukrayna müxalifətinin liderləri açıqlama vermədən Prezident Administrasiyasını tərk ediblər

Siyasət Materials 22 Yanvar 2014 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Ukrayna müxalifətinin liderləri Prezident Administrasiyasında Milli Təhlükəsizlik Şurasının katibi Andrey Klyuev ilə siyasi böhranın nizamlanması üzrə keçirdikləri görüşün nəticələri barədə jurnalistlərə açıqlama verməyiblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, müxalifətçilər Arseniy Yatsenyuk və Vitali Kliçko administrasiyada təqribən 3 saat vaxt keçiriblər.

Bununla belə, V.Kliçko jurnalistlərə deyib ki, görüşün nəticələri barədə bu gün axşam saatlarında xalq yığıncağında məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti