...

İlham Əliyev Davosda “Microsoft International” şirkətinin prezidenti ilə görüşüb

Siyasət Materials 24 Yanvar 2014 11:13 (UTC +04:00)
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşmüşdür.
İlham Əliyev Davosda “Microsoft International” şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə "Microsoft International" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirildi. Həmçinin "Microsoft"un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti