...

Fransa Prezidenti Türkiyəyə səfərə gəlib

Siyasət Materials 27 Yanvar 2014 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Fransa Prezidenti Fransua Olland Türkiyənin dövlət başçısı Abdullah Gülün dəvəti ilə bu ölkəyə səfərə gəlib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Səfər zamanı ikitərəfli siyasi və ticari əlaqələrin inkişafı, eləcə də Aİ-Türkiyə münasibətləri müzakirə olunacaq.

Qeyd edək ki, F.Olland son 22 il ərzində Türkiyəyə səfər edən ilk Fransa Prezidentidir.

Onun Türkiyəyə səfəri yanvarın 28-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti