...

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında huquq sahəsində əlaqələrin möhkəmləndirilməsi yolları müzakirə olunub

Siyasət Materials 31 Yanvar 2014 21:45 (UTC +04:00)
Bu gün ədliyyə naziri Fikrət Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Müsaid İbrahim Abdullah əs-Süleym ilə görüşüb.
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında huquq sahəsində əlaqələrin möhkəmləndirilməsi yolları müzakirə olunub

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Bu gün ədliyyə naziri Fikrət Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Müsaid İbrahim Abdullah əs-Süleym ilə görüşüb.

Trend Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dövlətlərimiz və xalqlarımız arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin bu əlaqələrin inkişafına mühüm təkan verdiyini, hüquqi əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydasını və bunun üçün geniş perspektivlərin olduğunu vurğulayıb, respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın çox yüksək səviyyədə olduğunu söyləyən səfir qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün hər iki ölkənin rəhbərlərinin güclü siyasi iradə nümayiş etdirdiyini vurğulayıb, BMT, İslam Əməkdaşlıq Təşkilatı və başqa beynəlxalq təşkilatlar daxilində konstruktiv əlaqələrin həyata keçirildiyini bildirərək, bu sahədə hökumətlərarası birgə komissiyanın rolunu qeyd edib.

Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirən qonaq hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin olduğunu söyləyib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının inkişafı, xüsusilə mülki və ticarət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi üzrə hazırlanmış və razılaşdırılmış dövlətlərarası müqavilələrin imzalanması, nümayəndə heyətlərin mübadiləsi və digər məsələlər müzakirə edilib.

Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti