...

Tacikistan bir sıra sahələrdə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Siyasət Materials 31 Yanvar 2014 23:14 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovla Tacikistan Baş nazirinin müavini Marxabo Cabbarova arasında görüş keçirilib.
Tacikistan bir sıra sahələrdə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovla Tacikistan Baş nazirinin müavini Marxabo Cabbarova arasında görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşün əvvəlində xanım M.Cabbarova 2012-ci ilin 28 aprel tarixində səfirliyin təşəbbüsü və dəstəyi ilə Tacikistanın dövlət televiziyası "Cahannoma" və Azərbaycanın İctimai Televiziyasının birgə hazırladığı dostluq və əməkdaşlıq çərçivəsində "Düşənbə-Bakı" telekörpü layihəsində iştirakını məmnunluqla xatırlayıb, Azərbaycan tərəfi ilə əməkdaşlıq üçün Tacikistan tərəfinin hazır olduğunu qeyd edib.

Tərəflər görüş zamanı Tacikistan Prezidenti Emoməli Rahmonun 12-13 iyul 2012-ci il tarixlərində Azərbaycana rəsmi səfərini, İqtisadi-ticari, mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 3-4 sentyabr 2013-cü il tarixlərində Bakıda keçirilən növbəti iclasında əməkdaşlıq üçün yeni imkanlar yaradan sənədlərin imzalandığını yüksək qiymətləndirib, təhsil, mədəniyyət, səhiyyə, kadr hazırlığı, ailə, qadın və uşaqların sosial problemlərinin araşdırılması kimi sahələrdə əməkdaşlığın qarşılıqlı faydalı ola biləcəyini qeyd ediblər. Tərəflər, həmçinin xalqlarımız arasında tarixən bütün sahələrdə sıx əlaqələrin mövcud olduğunu, siyasi və mədəni həyatımızda ümumi cəhətlərin çox olduğunu, iki dövlət başçısı arasında səmimi dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin tənzimlənməsi üçün etibarlı baza yaratdığını vurğulayıblar.

M.Cabbarova bu il Tacikistanda universitetlərə qəbulun test üsulu ilə keçirilməsinə başlanıldığını və bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istəyini ifadə edib. Həmçinin Tacikistanda qadın və gənclərin problemlərinə xüsusi diqqət ayrıldığını qeyd edib.

O, səfirliyin ötən il Tacikistanda keçirdiyi çoxsaylı mədəni tədbirlərə görə təşəkkürünü bildirərək deyib ki, gənc nəslin düzgün tərbiyə olunmasında Nizami Gəncəvi kimi şairlərin yaradıcılığının təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.

A.Həsənov Azərbaycanın digər sahələrlə yanaşı, geologiya, riyaziyyat və digər elm sahələrində, eləcə də mədəniyyətin bir çox sahələrində qabaqcıl elmə malik olduğunu bildirib.

O, Düşənbə-Bakı birbaşa hava reysinin açılmasının əhəmiyyətini vurğulayıb və birbaşa reys olmadan ikitərəfli münasibətlərin arzu olunan səviyyəyə qaldırılmasının mümkünsüz olduğunu açıqlayıb.

Səfir bu günə qədər imzalanmış ikitərəfli əlaqələrin bütün sferalarını əhatə edən hökumətlərarası sazişlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib, eyni zamanda, 2014-cü ildə nəzərdə tutulan mədəni tədbirlər haqqında danışıb.

Görüşdə Ə.Caminin 600 illik yubileyinin keçirilməsi, Z.Şəhidinin 100 illik yubileyinə hazırlıq, eləcə də sosial təqaüd sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi kimi məsələlərə toxunulub.

A.Həsənov xanım M.Cabbarovaya Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sürətli inkişaf prosesləri barədə məlumat verib, bu siyasətin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti