...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirlərində iştirak edəcəklər

Siyasət Materials 1 Fevral 2014 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, fevralın 3-dən 6-dək Varşava şəhərində (Polşa) NATO Təlimlərinin sinxronlaşdırılması konfransı, fevralın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya) "Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi" kursu keçiriləcək.

Həmçinin Azərbaycan-ABŞ iş planına əsasən, Sofiya şəhərində (Bolqarıstan) "Saber Guardian-2014" təliminin yekun planlaşdırma konfransı baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti