...

İlham Əliyev Litva Prezidentini təbrik edib

Siyasət Materials 15 Fevral 2014 16:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Litva Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti