...

Hakim partiya: Fətullah Gülənin fəaliyyəti Türkiyənin milli maraqlarının sarsıdılmasına yönəlib

Siyasət Materials 19 Fevral 2014 10:59 (UTC +04:00)
Fətullah Gülən [hazırda ABŞ-da yaşayan din xadimi] özünü Türkiyənin sahibi hesab edir. Bunu ölkənin hakim Ədalət və İnkişaf Partiyası Şurasının üzvü Məzhər Bağlı deyib.
Hakim partiya: Fətullah Gülənin fəaliyyəti Türkiyənin milli maraqlarının sarsıdılmasına yönəlib

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir R.Hafizoğlu/

Fətullah Gülən [hazırda ABŞ-da yaşayan din xadimi] özünü Türkiyənin sahibi hesab edir. Bunu ölkənin hakim Ədalət və İnkişaf Partiyası Şurasının üzvü Məzhər Bağlı deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ölkənin "Sabah" qəzeti yazır.

Onun sözlərinə görə, Gülənin və onun tərəfdarlarının bütün fəaliyyəti ölkənin milli maraqlarının sarsıdılmasına yönəldilib.

O, həmçinin qeyd edib ki, Gülən hərəkatı heç vaxt Türkiyənin Fələstinin və Misirin dəstəklənməsinə yönəlmiş addımlarını bəyənməyib.

Bir müddət əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti