...

XİN: Türkiyə Ukraynada vəziyyətin sabitləşməsinin tərəfdarıdır

Siyasət Materials 19 Fevral 2014 16:00 (UTC +04:00)
Rəsmi Ankara Ukraynada vəziyyətin sabitləşməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə keçirilmiş mətbuat konfransında deyib.
XİN: Türkiyə Ukraynada vəziyyətin sabitləşməsinin tərəfdarıdır

Azərbaycan, Gəncə, 19 fevral /Trend, müxbir E.Hüseynov/

Rəsmi Ankara Ukraynada vəziyyətin sabitləşməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ankara Ukraynada baş verən hadisələri diqqətlə izləyir.

Ə.Davudoğlu bildirib ki, Ukraynada sabitlik region üçün çox vacibdir.

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda ümumilikdə 351 nəfər yaralanıb, 25 nəfər isə həlak olub.

Ukraynada kütləvi etirazlar 2013-cü il noyabrın 21-də hökumətin Aİ ilə assosiasiya haqqında sazişin imzalanmasına hazırlığı dayandırdığını elan etməsindən sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti