Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Silahlı Qüvvələri (SQ) hərbçilərinin sayı 201 327 nəfər təşkil edir. Bu barədə Trend bazar ertəsi Türkiyə Baş Qərargahının saytına istinadən məlumat verir.
Hərbçiləri ümumi sayından 343-ü general rütbəsi daşıyır.
Məlumata görə, hərbçilərin 39 131-i zabit, 48 625-i isə çavuşdur.
SQ-nin mülki heyətinin sayı 52 782 nəfərdir.