...

Krım Moskva vaxtına keçə bilər

Siyasət Materials 3 Mart 2014 16:14 (UTC +04:00)
Krım parlamentinin vitse-spikeri Sergey Sekov Krımın Moskva vaxtı ilə üst-üstə düşən vaxta keçməsi məsələsinə baxmağı təklif edib.
Krım Moskva vaxtına keçə bilər

Azərbaycan, Bakı, 3 mart /Trend/

Krım parlamentinin vitse-spikeri Sergey Sekov Krımın Moskva vaxtı ilə üst-üstə düşən vaxta keçməsi məsələsinə baxmağı təklif edib. Belə təklif bazar ertəsi Krım Ali Radasının Rəyasət Heyətində səslənib. Bu barədə Trend UNİAN agentliyinə istinadən məlumat verir.

S.Sekov Krım cəmiyyətində "Krım üçün daha təbii olacaq" ikinci saat qurşağına keçidlə bağlı müzakirələrin təşkilini təklif edib: "Uzun illərdir təəccüblənirik ki, bizim üçün fizioloji baxımdan aydın olmayan vaxtla yaşayırıq. Gəlin, yay vaxtına keçid haqqında məsələyə baxaq, bu vaxt bizdə Moskva vaxtı ilə üst-üstə düşəcək".

Parlamentin rəhbəri Vladimir Konstantinov qeyd edib ki, bu məsələ ilə bağlı "krımlılarla mütləq məsləhətləşmək" və işçi qrupunun yaradılmasını tapşırmaq lazımdır. Qrup krımlıların rəyini öyrənəcək, eləcə də "qaynar" telefon xətti təşkil edəcək.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında saat fərqi iki saatdır. Ukrayna yay vaxtına martın son bazar günü keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti