...

Siyavuş Novruzov: İki dələduzun hüquqları əsas olur, Dağlıq Qarabağdan didərgin düşənlərin isə yox

Siyasət Materials 4 Mart 2014 14:00 (UTC +04:00)
"İki dələduz gedib hardasa şuluq salır, onun hüquqları əsas olur, amma Dağlıq Qarabağdan didərgin düşənlərin hüquqları əsas deyil". Trend xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında Ombudmanın hesabatı ilə bağlı müzakirələr zamanı bildirib.
Siyavuş Novruzov: İki dələduzun hüquqları əsas olur, Dağlıq Qarabağdan didərgin düşənlərin isə yox

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

"İki dələduz gedib hardasa şuluq salır, onun hüquqları əsas olur, amma Dağlıq Qarabağdan didərgin düşənlərin hüquqları əsas deyil". Trend xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında Ombudmanın hesabatı ilə bağlı müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, insan hüquqları ilə bağlı mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirilir: "Bundan istifadə edərək Azərbaycana təhdidlər, müdaxilələr edilir və məqsəd təbii sərvətlərdən güzəştəli şəkildə bəhrələnməkdir. Necə ki, İraqda, Liviyada, Əfqanıstanda bundan bəhrələnirlər. Misal üçün "Taliban" narkotik dövriyyəni 3 faizə endirmişdi, Amerika oranı işğal edəndən sonra isə bu dövriyyə 65 faiz oldu. Hətta narkotik plantasiyalarını ABŞ ordusu qoruyur".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanla bağlı hesabatına da münasibət bildirən deputat deyib ki, ABŞ-da seçkilər zamanı bu təşkilat heç ölkə ərazisinə belə buraxılmayıb: "Eləcə də Rusiyada eyni hal təkrarlandı. Bu orqan öz seçkilərinə buraxılmadığı halda nəyə görə onun verdiyi hesabata əsasən Azərbaycanı tənqid edirlər. Bu hesabatda Azərbaycan insanı barədə, eləcə də Xocalıda hüquqları pozulan, Dağlıq Qarabağda didərgin düşərək bütün hüquqlarından mərhum olan insanlar barədə məlumat yoxdur".

Millət vəkili bəzi qüvvələrin ölkənin daxil işlərinə qarışmaq istədiklərini deyib: "Sən hakimsən, prokurorsan, məhkəməsən? Sənin nə hüququn var ki, istintaq qurtarmamış adamın azadlığa buraxılmasını tələb edirsən?! Bunların iğtişaş törətmək üçün hazırladığı adamlar bir-bir ortaya çıxır".

Belə hesabatların daxildən ötürülən "donos"lara əsasən hazırlandığını deyən S.Novruzovun fikrincə, ilk növbədə, ölkə daxilindəki düşmənlərlə məşğul olmaq lazımdır: "Hansı təşkilata qrantlar verirlərsə, o təşkilatlar da özlərinə lazım olan informasiyanı "donos" kimi hazırlayıb onlara ötürürlər. Bunlar ölkənin düşmənləridir".

Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov həmkarının qaldırdığı bu məsələyə rus yazıçı Krılovun "Qurd və quzu" təmsilini misal çəkib: "Siyavuş müəllim, siz danışanda yadıma Krılovun "Qurd və quzu" təmsili düşdü. Yadınıza salım ki, həmin təmsildə qurd çay başına gəlir və görür ki, quzu ordadır. Qurd quzuya deyir ki, səni yemək istəyirəm, çünki çayı lilləndirirsən. Quzu isə deyir ki, axı mən səndən aşağıdayam. Buna görə də suyu necə lilləndirə bilərəm?! Qurd isə deyir ki, çox danışma, sənin günahın odur ki, mən səni yeməliyəm. Nəticə olaraq isə, Siyavuş, məsələ belədir, beynəlxalq hüquq belədir, qurdla quzu kimidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti