...

Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Siyasət Materials 5 Mart 2014 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda yeni təyin olunmuş layihə əlaqələndiricisi Ələsgər Şahtaxtinskini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Ə.Şahtaxtinskini yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.

Görüş əsnasında Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti