Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan Türkiyədə hərbi sənaye sahəsində fəaliyyət göstərən "Roketsan" şirkətinin istehsalı olan "Mızrak-U" tank əlyehinə uzunmənzilli raket sistemini almaq istəyir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, "Mızrak-U" tank əlyehinə uzunmənzilli raket sistemini Azərbaycanla yanaşı, Pakistan da almaq niyyətindədir.
Qeyd edək ki, martın 3-də "Mızrak-U" ilə təchiz edilmiş "Atak" hərbi helikopterlərinin uçuş və hədəfi məhv etmə sınaqları keçirilib və sınaqlar uğurla başa çatıb.
Hələ də təkmilləşdirilməkdə olan milli "Atak" helikopterinin tank əleyhinə sistemi kimi tanınan "Mızrak-U" bir neçə hərbi texnikaya inteqrasiya edilə bilir və 8 kilometrə qədər məsafədə hədəfləri vurmaq gücünə malikdir.
Raket sisteminin kütləvi istehsalına 2015-ci ildə başlanması nəzərdə tutulur.