Azərbaycan, Bakı, 6 mart /Trend/
Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqları dayandırıb və viza sanksiyaları tətbiq edəcəyi, aktivləri donduracağı və Rusiya-Aİ sammitini ləğv edəcəyi ilə hədələyir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurasının sədri Herman van Rompey bəyan edib.
Onun sözlərinə görə, Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammitində Rusiya ilə viza və yeni saziş üzrə ikitərəfli danışıqların dayandırılması haqqında qərar qəbul edib.
Aİ ölkələrinin liderləri də Rusiyanı Ukrayna hakimiyyəti ilə birbaşa danışıqlara başlamağa çağırıb.
Şuranın sədri qeyd edib ki, danışıqlar yaxın günlər ərzində başlamalıdır və nəticə əldə olunmalıdır: "Nəticə olmasa, Aİ vizaların verilməsinə qadağa qoymaq, aktivlərin dondurulması və Rusiya-Aİ sammitinin ləğvi kimi əlavə tədbirlər haqqında qərar qəbul edəcək".