...

Əhməd Davudoğlu: Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir

Siyasət Materials 7 Mart 2014 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir R.Hafizoğlu/

Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu türkmənistanlı həmkarı Rəşid Meredov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukraynadakı qeyri-sabit siyasi vəziyyət bütün Qara dəniz regionuna təsir edə bilər: "Ukraynanın ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir".

Ə.Davudoğlu bildirib ki, Krım tatarlarının təhlükəsizliyi Ankara üçün prioritetlərdən biridir və Türkiyənin öz prioritetlərini müdafiə etməyə tam haqqı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti