Azərbaycan, Bakı, 19 mart /Trend/
Ukrayna MDB-də sədrliyini dayandırmağı qərara alıb.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos bildirib.
O, qeyd edib ki, bu gün müvafiq nota göndəriləcək: "MDB-nin üzv ölkələri Birlik yaradılan zaman imzalanmış sazişin şərtlərini yerinə yetirmədiklərinə görə belə qərar qəbul edilib".
Y.Perebeynosun sözlərinə görə, Ukrayna MDB-nin fəaliyyətində gələcək iştirakının məqsədəuyğunluğunu nəzərdən keçirmək hüququnu özündə saxlayır.