Azərbaycan, Bakı, 27 mart /Trend /
Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilməsi barədə Sərəncam imzalayıb:
general-leytenant ali hərbi rütbəsi:
general-mayor Hilal Mirzəli oğlu Əsədova
general-mayor Əli Sabir oğlu Şəfiyevə
general-mayor ali hərbi rütbəsi:
polkovnik Tarverdi Məmməd oğlu Məmmədova.