Azərbaycan, Bakı, 28 mart /Trend/
ABŞ Konqresinin üzvü Cef Miller Konqresdəki Azərbaycan üzrə işçi qrupuna qoşulub. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Bununla da Azərbaycan üzrə işçi qrupundakı konqresmenlərin sayı 63-ə çatıb. Respublikaçılar Partiyasından olan C.Miller Konqresdə Florida ştatına aid seçki dairəsini təmsil edir.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən Konqresdəki Azərbaycan üzrə işçi qrupu Azərbaycan-ABŞ münasibətlərinin inkişafında xüsusi rol oynayır.