...

Türkiyə müxalifəti İstanbulda səslərin yenidən hesablanmasını tələb edir

Siyasət Materials 1 Aprel 2014 15:57 (UTC +04:00)
Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbulda keçirilmiş bələdiyyə seçkilərindəki namizədi Mustafa Sarıgül səslərin yenidən hesablanmasını tələb edir.
Türkiyə müxalifəti İstanbulda səslərin yenidən hesablanmasını tələb edir

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir R.Hafizoğlu/

Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbulda keçirilmiş bələdiyyə seçkilərindəki namizədi Mustafa Sarıgül səslərin yenidən hesablanmasını tələb edir.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, M.Sarıgül hesab edir ki, İstanbulda bələdiyyə seçkiləri zamanı xeyli sayda pozuntular qeydə alınıb.

Qeyd edək ki, martın 30-da Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 45,6 faizini toplayaraq qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti