...

Politoloq: Serj Sarkisyanın eləcə də öz xalqının vəziyyətindən xəbəri yoxdur

Siyasət Materials 3 Aprel 2014 14:08 (UTC +04:00)
Prezident İlham Əliyev Haaqada (Niderland) nüvə sammitində çıxış edərkən Ermənistan ərazisindəki Metsamor AES-in fəaliyyətinin region üçün təhlükə olduğunu bildirdi və dayandırılması məsələsini gündəliyə gətirdi.
Politoloq: Serj Sarkisyanın eləcə də öz xalqının vəziyyətindən xəbəri yoxdur

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Prezident İlham Əliyev Haaqada (Niderland) nüvə sammitində çıxış edərkən Ermənistan ərazisindəki Metsamor AES-in fəaliyyətinin region üçün təhlükə olduğunu bildirdi və dayandırılması məsələsini gündəliyə gətirdi. Ermənistan prezidenti Azərbaycan Prezidentinin bu fikrinə qarşı etiraz etdi, amma arqumentasiyası göstərdi ki, Serj Sarkisyan hətta yaxın zamanda baş vermiş hadisənin və ya səslənmiş bəyanatın mahiyyətini dərk edə bilmir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, S.Sarkisyanın eləcə də öz xalqının vəziyyətindən xəbəri yoxdur: "Ola bilər, S.Sərkisyanın başı yadplanetlilərin başına, dili isə ku! kin-dza-dza dilinə çevrilib. Birincisi, bütün AES-lər nüvə obyekti olduğu üçün təhlükəsizliklə sırf bağlıdır. SSRİ rəhbərliyi o vaxt bu stansiyanı tikməklə erməni-türk ədavətinin davam etməsində maraqlı olduğunu sübut etdi. İkincisi, indi bu stansiyanın tullantılarının Ermənistandan çıxarılması müşkülə çevrilib. AES-i yanacaqla Rusiya AES-ləri təmin edir və yanacağın tullantılarının zərərsizləşdirilməsinin məsuliyyəti də onun boynunda idi. Beynəlxalq praktika belədir.Əksərən nüvə tullantılarını Rusiya öz ərazisinə aparırdı. İndi Rusiya bundan imtina edib.İşğal faktoruna görə Mehri dəmiryolu işləmir".

M.Əhmədoğlunun fikrincə, Ermənistan rəhbərliyinin Metsamor AES-ə münasibəti milli amillərlə şərtləndiyi kimi nüvə tullantılarının gizlədilməsinə də münasibəti milli psixoloji zəmindədir. Metsamor AES Türkiyə ilə sərhəddə nüvə tullantılarını saxlayan anbarlar isə Azərbaycanla sərhəddə yerləşdirilib və əlavə tullantı anbarı da yenə Azərbaycanla sərhəddə tikilməsi nəzərdə tutulub: "Ermənistan coğrafi baxımdan AES üçün çox kiçikdir. Ermənistanın radiusu 100 km-dən az olan dairədir. Fəlakət zamanı radioaktiv tullantının Ermənistan ərazisindən çıxıb Türkiyə, Gürcüstan, Azərbaycan və İran ərazisinə yayılması qısa müddət ərzində baş verəcəkdir. Ermənistan hədsiz seysmik regiondur. 1988-ci ildə Spitak zəlzələsinin Metsamor AES-i zədələməməsi növbəti zəlzələdə onun zədələnməyəcəyi anlamına gəlmir. Stansiyanın binası, avadanlığı fiziki yorulub".

Politoloq deyib ki, Ermənistan iqtisadi problemlərlə üzləşdiyi üçün Metsamor AES-in təhlükəsizliyinin təmininə, onun yeni texnologiyalarla təmin olunmasına vəsait ayıra bilmir: "Metsamor AES indi yüksək ixtisaslı mütəxəssis qıtlığı dövrünü yaşayır. Bu stansiyanın yüksək ixtisaslı mütəxəssisləri maaşın azlığına görə digər ölkələrdə, əsasən İranın Buşehr AES-in işləməyə gediblər. S.Sarkisyan dünya dövlətlərinin Metsamor AES-ə münasibətini gizlədir: Aİ Metsamor AES-in bağlanmasını tələb edir, Rusiya isə yeni AES-in tikilməsinin indiki şəraitdə qeyri-mümkün olduğunu bildirir. S.SArkisyan Sünik vilayətinin (Zəngəzur) əhalisinin yeni nüvə tullantıları anbarının tikilməsinə etirazını da gücləndirir. Sanki özünün əhalini narazılığından xəbəri yoxdur. Belə alınır ki, Ermənistanın Sünik və Araqasotn vlayətlərinin erməni əhalisi S.SArkisyanla deyil, İlham Əliyevlə həmfikirdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti