...

Bakıda Azərbaycanın AŞ Nazirlər Komitəsində başlayacaq sədrliyi müzakirə olunub

Siyasət Materials 15 Aprel 2014 17:42 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Draqana Filipoviçi qəbul edib.
Bakıda Azərbaycanın AŞ Nazirlər Komitəsində başlayacaq sədrliyi müzakirə olunub

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının (AŞ) Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Draqana Filipoviçi qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında münasibətlərin hazırkı vəziyyəti, cari ilin may ayında ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsində başlayacaq sədrliyi və sədrlik dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti