...

Türkiyə hökuməti 1915-ci il hadisələri ilə bəyanat yayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Aprel 2014 16:31 (UTC +04:00)
Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı sülh mesajı yayıb.
Türkiyə hökuməti 1915-ci il hadisələri ilə bəyanat yayıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:15-də yayılıb)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb.

Trend-in Türkiyə Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildirilib.

Mesajda 1915-ci il hadisələrinin sadəcə ermənilər üçün deyil, eyni zamanda, ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: "Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915 ci il hadisələri hamımızın ortaq acısıdır".

Yayımlanan mesajda o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti