...

Azərbaycan fövqəladə hallar nazirinin müavinlərinin sayı artırıldı

Siyasət Materials 5 May 2014 16:10 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azərbaycan fövqəladə hallar nazirinin müavinlərinin sayı artırıldı

Azərbaycan, Bakı, 5 may /Trend/

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, fövqəladə hallar nazirinin müavinlərinin sayı dörddən altıya çatdırılıb.

Prezident İlham Əliyev, həmçinin Teymur Ramiz oğlu Mehdiyevin və Tapdıq Əhliman oğlu Əmiraslanovun Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə T.Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti