...

Bakıda ilk dəfə Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşü keçiriləcək

Siyasət Materials 13 May 2014 10:18
Mayın sonlarında ilk dəfə olaraq Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.
Bakıda ilk dəfə Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşü keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir S.Əhmədova/

Mayın sonlarında ilk dəfə olaraq Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Məlumata görə, görüşün Bakıda keçirilməsi nəzərdə tutulur.

Görüşdə regiondakı vəziyyət, üç ölkə arasında əməkdaşlığın inkişafı, Xəzərin statusu kimi məsələlərin müzakirəsi gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran formatı mövcuddur və bu ölkələrin xarici işlər nazirləri, prezidentlərinin sammitləri keçirilib.

Xatırladaq ki, Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçlər formatının yaradılmasına qərar verdiklərini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti