...

Nəcməddin Sadıkov NATO-nun Belçikadakı tədbirində iştirak edəcək

Siyasət Materials 20 May 2014 11:47 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO tədbirində iştirak edəcək.
Nəcməddin Sadıkov NATO-nun Belçikadakı tədbirində iştirak edəcək

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO tədbirində iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığına yola düşüb.

O, mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində ISAF və Post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti