...

İlham Əliyev Neftçalada yaradılan yeni bulvarla tanış olub

Siyasət Materials 28 May 2014 16:12 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala şəhərində yaradılan yeni bulvarla tanış olmuşdur.
İlham Əliyev Neftçalada yaradılan yeni bulvarla tanış olub

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala şəhərində yaradılan yeni bulvarla tanış olmuşdur.

Ölkəmizin iqtisadi gücünün ilbəil artması nəticəsində həyata keçirilən məqsədyönlü sosial siyasət bu gün Azərbaycanın hər bir bölgəsinin inkişafında özünü aydın büruzə verir. Azərbaycanda hər bir vətəndaş bu inkişafı öz həyatında hiss edir. Bu məsələdə dövlətimizin başçısının təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerlərdə uğurla icrası mühüm əhəmiyyətə malikdir. İndi Neftçala da geniş abadlıq və quruculuq meydanını xatırladır. Yeni infrastruktur layihələrinin icrası Neftçalanın simasının müasirləşməsi ilə yanaşı, ilk növbədə, əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bu, göstərir ki, yeniləşən və müasirləşən Azərbaycanın sürətli iqtisadi inkişafını şərtləndirən mühüm layihələrin icrası davamlı xarakter almışdır.

Diqqətə çatdırıldı ki, 60 min kvadratmetr ərazidə salınan bu istirahət məkanında vacib iaşə obyektləri, hovuz-fəvvarə inşa olunmuşdur. Bulvar müasir işıqlandırma sistemi ilə təchiz edilmiş, geniş yaşıllıq və abadlıq işləri görülmüşdür. Burada yaradılan şərait bir daha təsdiq edir ki, son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrdə genişmiqyaslı quruculuq işləri ilə müşayiət olunur. Bu işlərin müasir tələblər səviyyəsində həyata keçirilməsi ilk növbədə, vətəndaşların sosial şəraitinin yaxşılaşdırılması, onların istirahətinin mənalı təşkilinə xidmət edir. Bu işlər həm də ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin miqyasını nümayiş etdirir.

Bulvarda yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə sakinlərin yay istirahətinin təşkili üçün Kür sahilində görüləcək əlavə tədbirlər barədə məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti