...

TBMM üzvü: Azərbaycan torpaqlarının işğal etməsi faktını şübhə etmək gülüncdür

Siyasət Materials 16 İyun 2014 13:00 (UTC +04:00)
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını şübhə altına almaq sadəcə gülüncdür.
TBMM üzvü: Azərbaycan torpaqlarının işğal etməsi faktını şübhə etmək gülüncdür

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını şübhə altına almaq sadəcə gülüncdür.

Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyənin NATO PA-dakı nümayəndə heyətinin üzvü Ahmet Berat Çonkar Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının açılışında deyib.

Türkiyəli millət vəkili qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin həlli birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən asılıdır.

Onun sözlərinə görə, rəsmi Ankara Ermənistanla münasibətlərində pozitiv köklənib, lakin xüsusilə də 1915-ci il hadisələrinə dair Ermənistan tərəfindən səslənən mənasız ittihamlar,
Ermənistanı arzu olunan nəticələrə gətirib çıxarmayacaq və yalnız bu ölkənin vəziyyətini daha da ağırlaşdıracaq: "Vaxtilə Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə-Ermənistan protkollarının üstündən xəttə çəkdi"

Qeyd edək ki, seminarda iştirak Ermənistan parlamentinin nümayəndələri Türkiyəni bu ölkəni blokadada saxlamaqda və Azərbaycana dəstək verməkdə ittiham ediblər. Onların fikrincə , bu regionda sülh və sabitliyin yaranmasına mane olur.

Xəbər lenti

Xəbər lenti