...

Elmar Məmmədyarov: Azərbaycan və Rusiyanın münasibətləri strateji xarakter daşıyır (FOTO)

Siyasət Materials 18 İyun 2014 14:42
Azərbaycan və Rusiyanın münasibətləri strateji xarakter daşıyır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü rusiyalı həmkarı Sergey lavrovla keçirdiyi görüşdən sonra brifinqdə deyib.
Elmar Məmmədyarov: Azərbaycan və Rusiyanın münasibətləri strateji xarakter daşıyır (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Rusiyanın münasibətləri strateji xarakter daşıyır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü rusiyalı həmkarı Sergey lavrovla keçirdiyi görüşdən sonra brifinqdə deyib.

Məmmədyarov bildirib: "Bizim hər il görüşmək kimi yaxşı ənənəmiz var. Ötən il mən Moskvada oldum, bu il nazir Lavrov bizə gəlib".

Nazir qeyd edib ki, iqtisadi nöqteyi-nəzərdən əmtəə dövriyyəsi artır: "Biz əməkdaşlığın daha da dərinləşməsi üçün münasibətlərin perspektivlərini müzakirə etdik. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunduq".

Onun sözlərinə görə, bu kontekstdə tərəflər nizamlama prosesinin ölü nöqtədən tərpənməsi üçün atılması vacib olan addımları müzakirə ediblər: "Ayın sonunadək Dövlət Dumasının spikeri Sergey Narışkin, ona qədər isə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Bakıya gələcək. Münasibətlər müsbət istiqamətdə inkişaf edir".

Məmmədyarov deyib ki, habelə tərəflər əməkdaşlıq məsələlərini və İraqda, Yaxın Şərqdə, Ukraynada vəziyyəti müzakirə ediblər. Nazir yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında məsələni də şərh edib: "Fransa Prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında təklifi var. Biz indi bu görüşün təşkili ilə bağlı Fransadan cavab gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti