...

ATƏT Ukraynada itkin düşmüş müşahidəçilərlə əlaqə yaradıb

Siyasət Materials 19 İyun 2014 16:07 (UTC +04:00)
ATƏT-in Ukraynadakı monitorinq missiyası dünən gecə saatlarında Donetsk və Luqansk vilayətlərində missiyanın itkin düşmüş 8 nümayəndəsi ilə əlaqə yaradıb.
ATƏT Ukraynada itkin düşmüş müşahidəçilərlə əlaqə yaradıb

Azərbaycan, Bakı, 19 iyun /Trend/

ATƏT-in Ukraynadakı monitorinq missiyası dünən gecə saatlarında Donetsk və Luqansk vilayətlərində missiyanın itkin düşmüş 8 nümayəndəsi ilə əlaqə yaradıb.

Trend-in "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, ATƏT missiyasının nümayəndəsi bildirib ki, müşahidəçilərin hamısı sağ-salamatdır: "O da müəyyən edilib ki, müşahidəçilər əsir götürülüb".

Missiya nümayəndəsi qeyd edib: "Biz müşahidəçilərimizin dərhal və qeyri-şərtsiz azad edilməsini tələb edirik. ATƏT-in missiya nümayəndələrinin əsir götürülməsi mənasızdır, çünki onlar tərəflərin heç birinin maraqlarına xidmət etmir".

Qeyd edək ki, ATƏT-in müşahidəçiləri ilə əlaqə mayın 26-da kəsilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti