...

Azərbaycan Parlamentində Leyla Yunusun cəzalandırılması istənildi

Siyasət Materials 20 İyun 2014 12:20 (UTC +04:00)
NATO Parlament Assambleyasının "Rouz-Rout" seminarının Bakıda keçirilməsi sübut edir ki, Azərbaycan dünyanın siyasi mərkəzlərindən birinə çevrilməkdədir.
Azərbaycan Parlamentində Leyla Yunusun cəzalandırılması istənildi

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

NATO Parlament Assambleyasının "Rouz-Rout" seminarının Bakıda keçirilməsi sübut edir ki, Azərbaycan dünyanın siyasi mərkəzlərindən birinə çevrilməkdədir. Trend-in məlumatına görə, bu barədə millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.

F.Ağamalı qeyd edib ki, Azərbaycanın dövlət maraqlarına ziyan verən, erməni maraqlarına xidmət edən Leyla Yunus isə öz mövqeyindədir: "Onun bu günə qədər cəzasız qalması məni təəssüfləndirir. Onun banklarda olan pullarını haradan əldə etməsi, nəyə xidmət etməsi və o vəsaitdən vergi verib-verməməsi açıq qalır və bu məsələ məni narahat edir".

O, əlavə edib ki, L.Yunusun hüquq-mühafizə orqanının əməkdaşna qarşı təhqiramız hərəkət etməsinə hüquqi qiymətin hələ verilməməsi də narahatedici amildir.

Millət vəkili bildirib ki, hüquq mühafizə və vergi orqanları L.Yunus barəsində ciddi tədbirlər görməlidir.

Millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, L.Yunus kimi adamlar heç zaman Azərbaycan dövlətinin maraqlarını düşünməyiblər: "Onlar hər zaman çalışıblar ki, düşmənlərlə əlbir olub Azərbaycan əleyhinə fikirlər söyləsinlər".

Daha sonra Milli Məclisin spikeri Oqtay Əsədov da "Rouz-Rout" seminarının yüksək səviyyədə keçdiyini qeyd edərək bildirib ki, millətin gözü tərəzidir və seminarda hər kəsin qiyməti verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti