...

Ranko Krivokapiç: ATƏT-in səmərəliliyini artırmaq üçün düzgün qərarlar qəbul ediləcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 İyun 2014 13:14 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən yay sessiyası çox yüksək səviyyədə təşkil olunub.
Ranko Krivokapiç: ATƏT-in səmərəliliyini artırmaq üçün düzgün qərarlar qəbul ediləcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən yay sessiyası çox yüksək səviyyədə təşkil olunub. Bu barədə Trend-ə eksklüziv müsahibəsində ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç deyib.

R.Krivokapiç bildirib: "Mən bilirdim ki, sessiya yüksək səviyyədə təşkil olunacaq və ona görə də bu sessiyanın Azərbaycanda keçirilməsinə təkid etdim".

ATƏT PA-nın prezidenti əlavə edib ki, Azərbaycan yalnız yüksək təşkilatçılıq deyil, eyni zamanda böyük qonaqpərvərlik nümayiş etdirir.

Onun sözlərinə görə, dünyanın ən böyük parlament assambleyası olan ATƏT PA-ya bu cür yüksək səviyyədə ev sahibliyi etmək, əlbəttə, Azərbaycanın uğuru və inkişafıdır: "Yəni sessiya mühüm siyasi tədbir olmaqla yanaşı, eyni zamanda, keçirildiyi ölkənin inkişafının göstəricisidir".

Azərbaycanın ATƏT PA-dakı rolunu yüksək qiymətləndirən P.Krivokapiç bildirib ki, ölkənin çox aktiv nümayəndə heyəti var.

ATƏT PA-nın prezidenti hesab edir ki, bu sessiya yaxşı nəticələr verəcək: "Yəni səmərəli müzakirələr keçiriləcək, ATƏT-in səmərəliliyini artırmaq üçün düzgün qərarlar qəbul ediləcək".

ATƏT regionunda münaqişələrin həllinə gəlincə isə R.Krivokapiç bütün dondurulmuş münaqişələrin həllinə eyni prinsiplə yanaşdığını qeyd edib və bildirib ki, ATƏT istər Dağlıq Qarabağ münaqişəsinin, istərsə də digər münaqişələrin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti