...

Azərbaycan və Moldova Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Siyasət Materials 30 İyun 2014 16:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublilasının Baş Prokurorluğu arasında Əməkdaşlıq Proqramı imzalanıb.
Azərbaycan və Moldova Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublilasının Baş Prokurorluğu arasında Əməkdaşlıq Proqramı imzalanıb.

Trend xəbər verir ki, bu gün Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublilasının Baş Prokurorluğu arasında Əməkdaşlıq Proqramı imzalanıb.

Proqramı Azərbaycan tərəfindən Baş prokuror Zakir Qaralov, Moldova tərəfdən isə bu ölkənin Baş prokuroru Korneliu Qurin imzalayıblar.

Azərbaycanın Baş prokuroru Zakir Qaralov bildirib ki, Azərbaycan və Moldova Baş prokurorluqları arasında sıx əməkdaşlıq mövcuddur. Tərəflər bir-birilərinin qarşılıqlı sorğularına operativ şəkildə cavab verirlər.

Z.Qaralov qeyd edib ki, bu gün imzalanan Əməkdaşlıq Proqramı iki ölkənin Baş prokurorluqları arasında əməkdaşlığı daha sıx edəcək və onun səviyyəsini daha yüksək səviyyəyə qaldıracaq.

O, həmçinin bildirib ki, Moldovada yaşayan azərbaycanlıların, eləcə də Azərbaycanda yaşayan moldovalıların hüquqlarının müdafiəsinə böyük diqqət yetirilir.

Moldovanın Baş prokuroru K.Qurin isə bildirib ki, Moldovadakı azərbaycanlılar qanuna əməl edən vətəndaşlardır.

Onun sözlərinə görə, Moldova ilə Azərbaycan arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir.

K.Qurin Bakıya gəlişi zamanı Azərbaycanda gördüklərinin onun gözlədiklərini üstələdiyini də gizlətməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti