...

Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub (FOTO)

Siyasət Materials 9 İyul 2014 20:09 (UTC +04:00)
Nazir, eyni zamanda, müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində təlimlər keçirilən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin rəhbərliyi müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və effektiv istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub.

Sonra müdafiə naziri döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüb, xidmətdə fərqlənənlərə saatlar təqdim edib.

Nazir, eyni zamanda, müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti