...

Telekanal: Türkiyə prezidentliyinə müxalifətdən olan namizəd ünvanına təhdidlərin daxil olduğunu iddia edir

Siyasət Materials 10 İyul 2014 12:15 (UTC +04:00)
Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlqı Təşkilatının (İƏT) sabiq rəhbəri Ekmələddin İhsanoğlu onun ölkə prezidenti postuna namizədliyi irəli sürüldükdən sonra ünvanına təhdidlərin daxil olduğunu iddia edir.
Telekanal: Türkiyə prezidentliyinə müxalifətdən olan namizəd ünvanına təhdidlərin daxil olduğunu iddia edir

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlqı Təşkilatının (İƏT) sabiq rəhbəri Ekmələddin İhsanoğlu onun ölkə prezidenti postuna namizədliyi irəli sürüldükdən sonra ünvanına təhdidlərin daxil olduğunu iddia edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Haber7" telekanalı xəbər yayıb.

İhsanoğlunun sözlərinə görə, onu hədələyənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti